UNICEF: Fələstindəki uşaqlar ölümlə üz-üzədir

23:49 23 May 2024

Qəzzada fələstinli uşaqların qidalanma və susuzluqdan ölmə riski artır.

Sitat.info xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel deyib.

Rassel, İsrailin əsas ərzaq yardımını əngəlləməsi səbəbindən kifayət qədər qida və təmiz suya çata bilməyən Qəzzalı uşaqlarla bağlı xəbərdarlıq edib.

"Rəfah və onun hüdudlarından kənarda intensivləşən hərbi əməliyyatlar və qarşıdurmalar səbəbindən Qəzzanın şimalında qidalanma xidmətləri göstərə bilən yeganə uşaq xəstəxanası sıradan çıxıb. İsrail ordusu tərəfindən yardım yollarının bağlanması səbəbindən Qəzzada uşaqlar dəhşətli bədəl ödəməyə davam edir. Heç bir uşaq aclıqdan ölməməlidir", - deyə o qeyd edib.

Türkan

Sitat.info



Xəbər xətti