Bəhreyn tezliklə İranla münasibətləri yaxşılaşdıracaq

00:07 24 May 2024

Manama Tehranla münasibətləri yaxşılaşdırmaq məqsədi daşıyır və bu məsələnin həllini təxirə salmaq üçün heç bir səbəb görmür.

Sitat.info xəbər verir ki, bu barədə Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

Xatırladaq ki, 2016-cı ilin yanvarında İranda Səudiyyə Ərəbistanının səfirliyinə hücumdan sonra Tehranla diplomatik əlaqələri kəsilib. 2023-cü il martın 10-da İran və Səudiyyə Ərəbistanının münasibətlərin normallaşdırılması və səfirliklərinin yenidən açılması ilə bağlı razılığa gəlinib.

Türkan

Sitat.info



Xəbər xətti