İsrail Fələstini tanıyan ölkələrin səfirlərinə töhmət verəcək

14:51 24 May 2024

İsrail Fələstin dövlətini rəsmən tanıyacaqlarını elan edən İrlandiya, Norveç və İspaniya səfirlərinə rəsmi töhmət verəcək.

İsrail rəsmisi “Reuters” agentliyinə bildirib ki, səfirlər Qüdsdəki Xarici İşlər Nazirliyinə çağırılıb və orada onlara Qəzza müharibəsinə səbəb olan oktyabrın 7-də HƏMAS-ın qadınları əsir saxlaması ilə bağlı əvvəllər yayımlanmamış video görüntülər nümayiş etdiriləcək.

Qeyd edək ki, İsrail həmçinin Dublin, Oslo və Madriddəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Qəzzadakı müharibə də işğal altındakı İordan çayının qərb sahilində gərginliyi artırdı və İsrailin fələstinlilərin dövlət qurmaq istədikləri torpaqlardan imtina etməsinə qarşı müqavimətini sərtləşdirdi.

İki dövlət razılaşmasına əsaslanan ABŞ-nin dəstəklədiyi danışıqlar on il əvvəl dalana dirənmişdi.

Mayın 28-də Fələstin dövlətini tanıyacaqlarını elan edən üç Avropa ölkəsi Qəzzada atəşkəsin mümkün olmasına və sülh danışıqlarının aktivləşməsinə kömək etmək istədiklərini bildiriblər.

Xatırladaq ki, digər Qərb ölkələri isə Fələstin dövlətinin tanınmasının danışıqlardan sonra gündəmə gəlməli olduğunu deyiblər.

Səbinə Xeyirbəyova

Sitat.info



Xəbər xətti