Putin Belarusdadır, Yanukoviç də getdi

16:57 24 May 2024

Ukraynanın Rusiyaya qaçan keçmiş prezidenti Viktor Yanukoviçin təyyarəsi Belarusa uçub.

Sitat.info xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq layihəsi məlumat yayıb.

Məlumata görə, bu gün günorta saatlarında Belarusun Qomel aeroportuna RA-09617 bort nömrəli “Dassault Falcon 900C” təyyarəsi enib.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin də Belarusa səfər edib.



Xəbər xətti