Qəzzada "aclıq" xəbərdarlığı

00:32 27 May 2024

İsrailin sərhəd qapılarını bağlaması və humanitar yardımların ölkəyə daxil olmasına mane olması nəticəsində Qəzza şəhəri və Qəzza zolağının şimalında aclıq yenidən yaranmağa başlayacaq.

Sitat.info xəbər verir ki, bu barədə Qəzza hökuməti bəyanat yayıb.

Bildirilib ki, təxminən 700 min fələstinli, İsrailin yardım maşınlarının şimal bölgələrə daxil olmasına icazə vermədiyi üçün qida çatışmazlığından əziyyət çəkir.

Bəyanatda həmçinin humanitar fəlakətlə üzləşən Qəzza xalqına edilən yardımın tələb olunan minimum məbləğdən aşağı olduğu vurğulanıb. 

Türkan

Sitat.info



Xəbər xətti