"Ermənistanda keşiş Baqrat Qalatsyanın baş nazirliyə namizədliyi irəli sürülüb. O, Ermənistanda itaətsizlik etiraz aksiyası elan edib. N. Paşinyanla görüşüb, istefasını tələb edəcək. Əgər, N. Paşinyan keşiş Baqratla görüşsə, etirazlara siyasi yük verəcək və Baqratın siyasi mövqeyi güclənəcək".
Sitat.info "Olaylar"a istinadən xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib: "Keşiş B. Qalatsaynla N. Paşinyanla görüşməyə ona görə cəhd edir ki, siyasi etirazlara diqqət çəksin və hakimiyyətin onunla hesablaşdigini nümayiş etdirsin. N. Paşinyan da keşiş Baqratın bu planından xəbərsiz deyil. Ona görə də keşişlə görüşüb, ona siyasi xal qazandırmayacaq.
Əgər, N. Paşinyan keşişlə görüşsə, onun istefasını tələb edəcək. Necə ki, 2018-ci ildə N. Paşinyan S. Sarkisyanla ilk görüşündə ondan istefasını tələb etdi. Eyni ssenarini Baqrat etmək istəyir. Bu da onu göstərir ki, prosesdə S. Sarkisyan və R. Köçaryan da var və siyasi revanş edirlər. Kilsəyə xalqın və Qərbin dəstəyi olmadığı üçün aksiyaları uğursuzdur. Rusiyanın kifayət qədər mövqeyi zəifləyib. N. Paşinyan etirazları lokal şəkildə güc tətbiq etməklə sıralarını azaldacaq.
Ümumiyyətlə, Ermənistanda etiraz aksiyalarının müsbət nəticəsi regionun təhlükəsizliyini və bu ölkənin daxili siyasətini təhdid edə bilər".