Rusiya azad iqtisadi zonada PUA zavodu tikir

13:06 28 May 2024

Rusiya Tatarıstanda yerləşən Alabuqa Azad İqtisadi Zonasında yeni pilotsuz uçuş aparatı (PUA) zavodu tikir.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin "SavunmaSanayiST" portalı məlumat yayıb.

Zavodda ildə 5 mindən çox “Şahid-136” tipli kamikadze PUA istehsalı planlaşdırılır.

Qeyd edilib ki, hazırda İran istehsalı olan “Şahid-136” Rusiya tərəfindən Ukrayna ilə müharibədə aktiv şəkildə istifadə olunur.



Xəbər xətti