Bir sıra AB ölkəsi öz silahları ilə Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazırdır.
Sitat.info xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
“AB-nin bir və ya iki ölkəsi Ukraynanın Rusiya ərazisinə silahları ilə zərbə endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olduqlarını təsdiqləyib, qalanları isə hələ buna hazır olmadıqlarını bildirir”, - Borrel bildirib.