Amnesty International: İsrailin Rəfah düşərgəsinə hücumu müharibə cinayətidir

19:05 28 May 2024

Beynəlxalq Amnistiya Təşkilatı İsrail ordusunun Rafahdakı məcburi köçkün fələstinlilər üçün düşərgəyə ayrıseçkilik etmədən hücumunun "müharibə cinayəti" olduğunu və bunun araşdırılmalı olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Böyük Britaniyada yerləşən Beynəlxalq Amnistiya Təşkilatı X hesabında verdiyi açıqlamada İsrailin Rəfahdakı düşərgəyə hücumuna reaksiya verib.

Bəyanatda “Rəfahda mülki şəxslərə qarşı dəhşətli hava hücumlarının İsrail qüvvələrinin beynəlxalq hüquqa məhəl qoymayaraq, işğal altındakı Qəzza zolağında həyata keçirdiyi hücumların sonuncusu olduğu” vurğulanıb və əlavə edilib: “Mülki insanların ölümünə və ya yaralanmasına səbəb olan bu cür ayrı-seçkilikdən kənar hücumlar müharibə cinayətləridir və araşdırılmalıdır”.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti