Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ABŞ prezidenti Co Baydenin iyunda İsveçrənin ev sahibliyi edəcəyi Ukrayna Sülh Sammitində iştirak etməməsi Rusiya prezidenti Vladimir Putinə “şəxsi alqış” demək olacaq.
Sitat.info xəbər verir ki, Zelenski Belçikanın paytaxtı Brüsseldə mətbuat konfransında çıxışı zamanı deyib ki, biz görürük ki, Rusiya sülh sammitini pozmaq və müharibəni uzatmaq üçün hər şeyi edir.
ABŞ prezidenti Co Baydenin seçki kampaniyasına görə gələn ay İsveçrədə keçiriləcək sülh sammitinə qatılmaması ilə bağlı suala Zelenski belə cavab verib: "Mən prezident Baydenin şəxsən orada olmasını istərdim. ABŞ-ın sammiti dəstəklədiyini bilirəm, ancaq bunun hansı səviyyədə qərar olduğunu bilmirəm".
Kənan Yusif
Sitat.info