Yaponiyada ağac və ağac məhsulları üzərində çalışan şirkət və Kyoto Universiteti dünyanın ilk taxta peyk istehsalı layihəsini tamamlayıb.
Sitat.info xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, Kosmosun çirklənməsinə qarşı istehsal edilən taxta peyk sentyabrda orbitə buraxılacaq.
Kənarlarına günəş panelləri quraşdırılan peykin çəkisi təxminən 1 kiloqram olub. Qalınlığı 4 ilə 5,5 millimetr arasında olan maqnoliya ağac panelləri ilə əhatə olunub, qismən alüminiumdan hazırlanan çərçivəyə malikdir.
Bildirilib ki, peykdə yerli texnika əsasında hazırlanan, vintlər və yapışdırıcı materiallardan istifadə olunmayan taxta material kosmosun sərt mühitində davamlılığını sübut edib.
Türkan
Sitat.info