Pakistanda avtobus qəzası

10:33 29 May 2024

Pakistanın Bəlucistan əyalətinin Vaşuk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Deyli Pakistan” qəzeti məlumat yayıb.

Qəza nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs isə yaralanıb.

İlkin versiyaya görə, avtobusun təkəri partlayıb və yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

 



Xəbər xətti