İsveçdən Ukraynaya 1.3 milyard dollarlıq yardım

12:33 29 May 2024

İsveç Ukraynaya 1.3 milyard dollar dəyərində ən böyük hərbi yardım paketini göndərəcək.

Sitat.info UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı hökumətin saytında verilən məlumatda deyilir.

Məlumata görə, paketə uzaqmənzilli radar kəşfiyyat təyyarəsi, tırtıllı zirehli transportyorları, 155 mm-lik artilleriya sursatları və raketlər daxil olacaq.

Sözügedən təyyarə 500 km-ə qədər hədəf aşkarlama radiusuna malikdir. Bu, təlim və texniki avadanlıqlarla təmin olunacaq.



Xəbər xətti