İsrail Rəfahda interneti kəsdi

12:50 29 May 2024

İsrail hakimiyyəti Qəzza zolağının cənubunda, Misir sərhədi yaxınlığında yerləşən Rəfahda əlaqəni və interneti kəsib.

Sitat.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, İsrail ordusunun artilleriya və hava hücumlarının intensivləşməsi fonunda Rəfahda əlaqə və internet kəsilib.

Qətərin Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail Müdafiə Qüvvələri Rəfahın cənub və qərb bölgələrində əməliyyatlar aparır, şəhərin mərkəzindəki yaşayış evlərini bombalayır və atəşə tutur. İsrail tankları Rəfahın cənubundakı İbna və Şabura qaçqın düşərgələrində yerləşir.



Xəbər xətti