Pezeşkian təsdiqlədi: Namizədliyimi irəli sürəcəm

17:13 29 May 2024

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcək.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O, seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb:

“İranın daxili və xaricində yaşayan iranlılar arasında ölkədəki seçkilərlə bağlı yaranan inamsızlığı aradan qaldırmaq istəyirəm. Hazırda islahatçı siyasətçilərin namizədliyinin açıqlanmasını gözləyirəm. Araşdırmalardan sonra razılaşma və ya seçkilərə müstəqil şəkildə qatılmaq barədə qərar verəcəm”.

Qeyd edək ki, təbrizli siyasətçi Məhəmməd Xatəmi dövründə səhiyyə naziri vəzifəsində çalışıb. O, islahatçı siyasi cərəyanın tanınmış simalarındandır.



Xəbər xətti