Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudovun və Baş Prokurorluğun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovun qulluq keçmələrinə xitam verilib.
Sitat.info xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslərin qulluqda olmanın yaş həddi ilə əlaqədar qulluq keçmələrinə xitam verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyev prokurorluqda uzunmüddətli qüsursuz, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.