Husilər yerli istehsal olan raket hava hücumundan müdafiə sistemindən istifadə edərək pilotsuz uçan aparatı vurublar.
Sitat.info xəbər verir ki, bu barədə Husi ordusunun sözçüsü Yəhya Sari bildirib.
"Yəmən Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi, ABŞ-nin MQ-9 pilotsuz təyyarəsini Marib əyaləti üzərində düşmən tapşırığı yerinə yetirərkən vurmağa müvəffəq olub", - deyə o qeyd edib.
Xatırladaq ki, bu Fələstin-İsrail münaqişəsi bölgəsində gərginliyin başlanmasından bəri hərəkat tərəfindən vurulan ABŞ-nin altıncı pilotsuz təyyarəsidir.
Türkan
Sitat.info