Tarixdə ilk: azərbaycanlı dünyanın ən yaxşısı seçildi

16:46 30 May 2024

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən olan Salar Ağapur dünyanın ən yaxşı gənc futzalçısı seçilib.

Sitat.info xəbər verir ki, bu barədə dünyanın ən etibarlı futzal mediası olan "Futsal Planet" saytı məlumat yayıb.

Tarixdə ilk dəfədir ki, Azərbaycan türkü buna nail olur.

Qeyd edək ki, cari mövsümdə Salar Ağapurun çıxış etdiyi İspaniyanın “Palma” komandası Avropa Çempionlar Liqasının qalibi olub.



Xəbər xətti