Laçına daha 20 ailə yola salındı

10:22 31 May 2024

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Sitat.info xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 513 ailənin, yəni 1 906 nəfərin daimi məskunlaşması təmin edilib.



Xəbər xətti