Azərbaycanda iki yeni nazir təyin olundu

12:43 31 May 2024

Naxçıvan Muxtar Respublikasına yeni səhiyyə və təhsil nazirləri təyin edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb.

Qərara əsasən, səhiyyə naziri bu vəzifəni müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıqov, təhsil naziri isə bu postu müvəqqəti icra edən Elxan Nəcəfov təyin olunub.



Xəbər xətti