Dünən İrəvanda “Vətən uğrunda Tavuş” revanşist hərəkatının üzvlərinin təşkil etdiyi mitinqdə dava düşüb.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, İrəvandakı “Müqəddəs Anna” kilsəsinin həyətində etirazçılardan biri digərinə kəsici alətlə zərbə endirib.
Bildirilib ki, şübhəli şəxs saxlanılıb, xəsarət yetirdiyi alət müsadirə olunub.
Faktla bağlı cinayət işi açılıb.