Prezident İlham Əliyev dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sitat.info Axar.az-a istinadla fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri” təsdiq edilsin.
2. “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.