Litvanın Gürcüstandakı səfiri XİN-ə çağırıldı

19:10 31 May 2024

Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfir Vilnüsün Gürcüstanın daxili işlərinə müdaxiləsi səbəbindən XİN-ə çağrılıb.

Qeyd olunub ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar olaraq, son vaxtlar Litva rəsmilərinin verdiyi bəyanatlar, eləcə də ölkənin xarici işlər nazirinin Gürcüstanda etiraz aksiyasında iştirakı Gürcüstanın daxili işlərinə kobud müdaxilədir.

Bu, iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinə uyğun deyil.

Qeyd edək ki, mayın 15-də Litvanın xarici işlər naziri Gürcüstanda müxalifətin "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu ilə bağlı etiraz aksiyasında iştirak edib.



Xəbər xətti