İordaniyada İsrailə etiraz edilib

23:10 31 May 2024

İordaniyada İsrailin Qəzza zolağı və cənubundakı Rəfah şəhərinə hücumlarına etiraz olaraq nümayiş keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İordaniyanın paytaxtı Əmmandakı Hüseyni məscidinin qarşısına toplaşan yüzlərlə insan məsciddən təxminən bir kilometr aralıda yerləşən Ən-Nahil meydanına doğru addımlayıb.

Nümayişçilər “Müqavimət qətiyyəti ilə işğalın qırğınlarına cavab veriləcək” devizi ilə çıxış ediblər.

Türkan

Sitat.info

 



Xəbər xətti