Polşa öz ərazisində yaşayan çağırış yaşlı ukraynalılara təlim keçməyə hazırdır.
Sitat.info xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
"Polşa Ukraynanın təlimi ilə bağlı müraciətini nəzərdən keçirdi. Biz belə bir nəticəyə gəldik ki, Polşada hərbi çağırış üçün uyğun olan ukraynalıları təlimə cəlb edək. Bu, Ukraynaya kömək etməyin ən səmərəli yoludur”, - nazir qeyd edib.
Türkan
Sitat.info