Şiddətli yağışlardan sonra Şərqi Afrikanın bir çox ölkəsində epidemiyalar artıb.
Sitat.info xəbər verir ki, bu barədə Hökumətlərarası İnkişaf Təşkilatı açıqlayıb.
Açıqlamaya görə, Efiopiya, Keniya, Somali, Sudan və Uqandada yağan güclü yağışlardan sonra vəba, malyariya, qızılca və poliomielit kimi xəstəliklər yayılıb.
ÜST-ün məlumatında qeyd olunur ki, 1 yanvar-28 aprel tarixləri arasında Efiopiyada 14 min vəbaya yoluxma və 114 ölüm malyariya səbəbiylə isə 314 ölüm hadisəsi baş verib.
Bundan başqa, Keniyada Denge qızdırmasının, Cənubi Sudanda isə sarı qızdırma hallarının artdığı bildirilir.
Türkan
Sitat.info