Prezident İbrahim Rəisinin qəzaya uğradığı helikoperin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə İran Türkiyəyə təşəkkür edib.
Sitat.info xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.
Nazir "Hürriyət" qəzetinin əməkdaşının bununla bağlı sualına "İran bizə təşəkkür etdi” deməklə kifayətlənib.
Qeyd edək ki, helikopterin qəzaya uğradığı yeri "Akınçı" PUA-sının tapdığı haqda məlumatı İran Baş Qərargahı hər vəchlə təkzib etməyə çalışır.