Erməniəsilli Fransa jurnalisti Leo Nikolyan Zvartnots hava limanında 41 günlük aclıq aksiyasından sonra Fransaya qayıdıb.
Sitat.info bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, Leo Nikolyan bu ilin aprel ayında Ermənistana gəlib, lakin jurnalistin ölkəyə girişi qadağan olunub.
Nikolyan etiraz əlaməti olaraq Zvartnots hava limanında aclıq aksiyası elan edib.
"Mən Ermənistandan getməyəcəyəm, mən birbaşa burada Zvartnots hava limanının pasport yoxlanışı şöbəsində aclıq elan edirəm. Qərar təqdim etmədən, əsaslandırma olmadan mənə vətənimə girişi qadağan etdilər. Təyyarəyə oturaraq ödənişsiz geri dönməyim üçün məni nə qədər dilə tutsalar da, buradan gedən deyiləm", - jurnalist deyib.