Portuqaliyada hərbi hava limanında keçirilən nümayiş zamanı iki təyyarə havada toqquşub, bir pilot ölüb.
Sitat.info xəbər verir ki, Portuqaliya Hərbi Hava Qüvvələrindən (PAF) verilən açıqlamada Beja hərbi hava limanında nümayiş uçuşu zamanı iki təyyarənin havada toqquşduğu bildirilib.
Açıqlamada təyyarələrdən birinin pilotunun öldüyü, digərinin isə yüngül yaralandığı qeyd edilib.
Tamaşaçılar tərəfindən lentə alınan və sosial mediada paylaşılan görüntülərdə nümayiş uçuşunda iştirak edən 6 təyyarədən birinin əvvəlcə səmada alçaldığı, daha sonra digər təyyarə ilə toqquşaraq alovlanaraq yerə çırpıldığı görünür.
Portuqaliyanın ən böyük hava şousu olan və iyunun 1-də başlayan Beja AirShow tədbiri qəzadan sonra dayandırılıb.
Səid,
Sitat.info