Lisey direktoru və 14 vəzifəli şəxs işdən çıxarıldı

13:50 4 İyun 2024

Ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə də yoxlama və monitorinqlər həyata keçirilir. Yoxlama və monitorinqlər, əsasən, müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizat və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlərlə bağlıdır.

Sitat.info xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.

Yoxlamalar nəticəsində Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, iki müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və doqquz təhsil işçisi, ümumilikdə 15 nəfər işdən azad edilib.

 

 

 

Aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilib.

Bildirilib ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdiriləcək.



Xəbər xətti