Münaqişələrin əksəriyyəti islam coğrafiyasındadır.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Ramazan ayında islam düşmənçilik, irqçilik artmaqdadır və terrorla bağlı ikili standartlar var.
“Bu gün Rusiya-Ukrayna müharibəsi göstərdi ki, biz güclü olmalıyıq”, - Çavuşoğlu vurğulayıb.
XİN başçısı diqqətə çatdırıb ki, tarixən Türk dövlətləri nə vaxt əl-ələ veriblərsə, o zaman çox güclü olublar.
Nazir xatırladıb ki, Qarabağ münaqişəsi Azərbaycanın Zəfəri ilə başa çatıb.