Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Mətin Güraka başsağlığı ünvanlayıb.
Sitat.info başsağlığının mətnini təqdim edir:
"Kayseri şəhərində qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus SF-260D tipli hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilotların şəhid olması xəbəri məni çox kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir diləyirik.
Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin".