Türkiyənin Zonquldaq vilayətində kömür mədəni çöküb.
Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, mədənin çökməsi nəticəsində iki nəfər uçqun altında qalıb. Onlardan biri xilas edilib, digərinin xilas edilməsi üçün işlər davam etdirilir.
Mədənin “Gelik” müəssisəsinə aid olduğu bildirilir.