Azərbaycanlı gənc geyimindəki yazıya görə Rusiyadan qovulub.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Həştərxan hava limanında saxlanılan azərbaycanlı Cəlal Əlizadənin sviterinin üzərində Ukrayna bayrağının rəngləri olan USQ (Ukrayna Silahlı Qüvvələri) hərfləri olub.
Rusiya hüquq-mühafizə orqanları bunu ictimai aksiya vasitəsi ilə “xüsusi hərbi əməliyyatın keçirilməsinə inamı sarsıtmaq” kimi qəbul edib.
Təqsirləndirilən şəxs köynəyindəki abreviaturanın mənasını bilmədiyini və ittihamla razılaşmadığını desə də, Həştərxan məhkəməsi onu Rusiya ordusunun gözdən salınması maddəsi ilə təqsirli bilib.
C.Əlizadənin 30 min rubl cərimələnərək, Rusiyadan qovulmasına qərar verilib.