"Su-30" qırıcısı qəzaya uğradı

10:43 5 İyun 2024

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-30 MKI” qırıcısı qərbi Maharaştra ştatında qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Şirasqaon kəndi yaxınlığında əkin sahəsinə düşüb və alovlanıb.

Qəza yerinə polis və təcili yardım xidmətləri gəlib. Pilotlara tibbi yardım göstərilib.



Xəbər xətti