Rusiya Prezidenti Vladimir Putinin şəcərə ağacı Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Kristian” Ailə Ənənələri Evinin stendində nümayiş olunub.
Sitat.info xəbər verir ki, bu barədə “Kristian”dan məlumat verilib.
Şirkətin nümayəndəsinin sözlərinə görə, ailə şəcərəsinin hazırlanması sifarişini Vladimir Putinin əmisi nəvəsi Aleksandr verib.
Onun sözlərinə görə, geneoloji ekspertizanın nəticələrinə əsasən, Putinlər nəsli öz başlanğıcını Tver vilayətindən götürür, əsilləri Tver kəndlilərindən olub.