"Qərbin istismar hesabına qurduğu yırtıcı sistem tarixə çevrilir" - Şoyqudan yeni dünya düzəni ilə bağlı İDDİALAR

12:07 6 İyun 2024

Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdi iflasa uğrayıb. 

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu qeyd edib. “ Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə etməkdə nə məqsəd güddüklərini çox gözəl başa düşürük”.

"Qərb  Kiyev rejimini pul və silahla doldurmaqda davam edir. Qərb dövlətlərinin səyi ilə Ukraynaya  hərbi təlimatçılar, muzdlular və beynəlxalq terror təşkilatlarının silahlıları köçürülür. Çox vaxt onların bilavasitə iştirakı ilə Rusiyanın regionlarında mülki əhali və mülki infrastruktur atəşə tutulur. Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə etmək cəhdinin məqsədi aydındır. Qərbin Rusiyaya strateji məğlubiyyət vermək cəhdi uğursuz oldu! Eyni zamanda, bu, Qərb ölkələrinin təcavüzünü dayandıra bilməyəcək, çünki bunu onların hegemonluğunun getdikcə yaxınlaşan çöküşü diktə edir", - Şoyqu vurğulayıb.

Sergey Şoyqu Qərb hegemonluğunun başa çatmaqda olduğunu iddia edib: "Onların xalqları və bütün qitələri istismar etməklə qurduqları yırtıcı sistem tarixə çevrilir, indi formalaşmaqda olan çoxqütblü dünya milli maraqlardan, kimlikdən və suverenlikdən imtinanı nəzərdə tutmayan müxtəlif qanunlar əsasında fəaliyyət göstərəcək”.

Nərgiz,

Sitat.info



Xəbər xətti