Bir neçə gün öncə erməni sosial şəbəkə istifadəçiləri Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanda noyabrın 11-22-də keçiriləcək COP29 konfransına dəvət edildiyi haqda məlumat yaymışdı.
Sitat.info xəbər verir ki, bu gün erməni mediası Paşinyanın mümkün səfəri haqda informasiya tirajlayıb və azərbaycanlı fəala istinad edib.
Sorğumuza cavab olaraq Azərbaycan XİN-dən bildirilib ki, onlarda bu haqda heç bir məlumat yoxdur.