Mazandaran əyalətinin Abbasabad şəhərində satanistlikdə günahlandırılan 12 qadın və 18 kişi həbs edilib.
Sitat.info xəbər verir ki, bu barədə əyalətin polis komandanlığı məlumat yayıb.
Saxlanılanlardan spirtli içki və narkotik maddələrin götürüldüyü bildirilib.
Hüquq müdafiəçiləri isə həbs edilənlərin sadəcə şənlik və musiqi mərasimi keçirdiklərinə görə cəzalandırıldıqlarını deyiblər.