Məşhur proskater sifarişlə qətlə yetirildi

16:44 6 İyun 2024

Moskvada məşhur proskater, 1989-cu il təvəllüdlü Konstantin Balışanski güllələnib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qətl sifarişli olub. Hazırda hadisə yerində kriminalistlər işləyir.

Hüquq-mühafizə orqanları aydınlaşdırıb ki, qatil üç atəş açıb - birincisi yaxın məsafədən, sonrakı ikisi isə “kontrol atəşi” olub.



Xəbər xətti