Rusiya: Qərbin bizi strateji cəhətdən məğlub etmək cəhdi uğursuz oldu

16:46 6 İyun 2024

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Qərb dövlətlərinin Ukraynaya pul və silah göndərməklə onu strateji məğlubiyyətə uğratmaq cəhdi baş tutmayıb.

Sitat.info xəbər verir ki, Şoyqu Qazaxıstanın Almatı şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin təhlükəsizlik şurası katiblərinin toplantısında çıxış edib.

Qərbin Ukraynaya pul və silah göndərməyə davam etdiyinə diqqət çəkən Şoyqu Qərb hərbi təlimatçılarının da Ukrayna əsgərlərinə sıx təlim keçdiyini bildirib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti