Əli Bagiri Türkiyədə səfərdədir

12:59 8 İyun 2024

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Türkiyəyə səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, Bagiri İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edəcək.

İclasda İsrail-Fələstin münaqişəsi ilə bağlı vəziyyət müzakirə ediləcək.



Xəbər xətti