New York Times (NYT) qəzeti İsraildə "Sde Teima" adlı hərbi həbsxanada saxlanılan minlərlə fələstinlinin qeyri-insani rəftara məruz qaldığını göstərən faktlar dərc edib.
Sitat.info xəbər verir ki, NYT-dən Patrik Kingsley və Bilal Şbair tərəfindən "İsrailin minlərlə qəzzalı saxladığı bazanın içərisində..." başlığı ilə yayımlanan xüsusi xəbərdə İsrail ordusunun Qəzzalılara qarşı işgəncə də daxil olmaqla, çox ağır sorğu-sual üsullarından istifadə etdiyi bildirilib.
"İsrail Qəzzanı işğal edəndən bəri Sde Teiman hərbi bazası heç bir ittiham və məhkəmə qərarı olmadan gözləri bağlı və əlləri qandallı saxlanılan məhbuslarla doludur.
Bazada çalışan İsrail ordusunun mənsubları fələstinlilərlə qanun çərçivəsində davrandıqlarını və qaydalara əməl etməyən zabitlər haqqında istintaq başladıldığını iddia etsə də, həm Fələstinlilərin təcridxananı tərk etməsi, həm də insan haqları təşkilatlarının açıqlamaları bunun əksini ortaya qoydu.
Xəbərə görə, may ayının sonunda təxminən 4 min fələstinlinin olduğu bazada hər bir şəxsin dindirilməsi prosesinin təxminən 3 ay davam etdiyi və sözügedən şəxslərin müxtəlif işgəncələrə məruz qaldığı vurğulanıb.
Son 6 ayda Sde Teima bazasında ən az 35 məhbusun müxtəlif səbəblərdən öldüyü bildirilir. Bəzi məhbuslar bazadan ayrıldıqdan qısa müddət sonra ölüblər, yünü
NYT müxbirinə təcridxanada keçirdiyi çətin günlərdən danışan Qəzzadan olan Məhəmməd əl-Kurdi adlı təcili yardım sürücüsü, "32 gün həbs olundum, amma 32 il kimi hiss etdim" deyib.
Bu müddət ərzində ailəsinin və ya dostlarının onun ölü və ya diri olduğunu bilmədiklərini ifadə edən fələstinli gənc, yaşadıqlarını hələ də xatırlamaqda çətinlik çəkir. Yunis əl-Həmləvi adlı bir tibb işçisi də xəstə daşıyarkən İsrail əsgərləri tərəfindən saxlanıldığını, bazaya gətirilərkən HƏMAS-a kömək etməkdə günahlandırıldığını və sorğu-sual zamanı daim aşağılayıcı rəftarlara məruz qaldığını bildirib.
Əl-Həmləvi müsahibəsində bir İsrail əsgərinin verdiyi dözülməz işgəncələr nəticəsində bədəninin həmin hissəsindən şiddətli qan axdığını və dözülməz ağrılar keçirdiyini deyib.
Qəzzalı tibb işçisi digər günlərdə elektrik naqilləri ilə örtülmüş kresloda oturmağa məcbur edildiyini, bir neçə dəfə şoka düşdüyünü, səhhətinin qısa müddətdə ciddi şəkildə pisləşdiyini bildirib.
NYT-nin xəbərlərində Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) tərəfindən hazırlanan və mətbuata sızan hesabata da istinad edilib.
Xəbərdə İsrail əsgərlərinin bəzi fələstinli məhbusları çox isti metal çubuğun üstünə oturtmağa məcbur etdiyi və bəzi məhbusların bu işgəncədən sonra öldüyü iddiası yer alıb.
"Həyatımın ən çətin 4 günü idi"
Fadi Bəkr adlı hüquq tələbəsi də qida məhsulları axtarmağa gedərkən qarşıdurmanın ortasında yaxalananlar arasında olub və daha sonra İsrail əsgərləri tərəfindən “Həmas üzvü” kimi saxlanılıb.
Bəkir ilk dəfə nəzarətə götürülərkən yaşadıqlarını danışıb: “Əsgərlər mənə qışqırdılar ki, ya indi etiraf et, ya da səni güllələyəcəyilk”. İlk sorğu 4 gün davam edib və Bəkir həyatımın ən çətin 4 gününü keçirdiyini deyir:
"Diskoteka otağı" adlanan dindirmə otağında hər gün saatlarla yüksək səsli musiqiyə məruz qaldıqdan sonra dindirildiyini izah edən Bəkir, yalnız alt paltarında dindirildiyini, digər məhbusların da sorğu otağına aparıldığını qeyd edib.
NYT yazır ki, müsahibə götürdüyü Qəzzalı məhbusların hekayələri tamamilə üst-üstə düşür, məhbuslar gündə 18 saata qədər açıq yerdə, gözləri bağlı və qandallı şəkildə yerdə, səssizcə oturdulublar. Keçmiş məhbuslar deyir ki, gündə maksimum 2 saat ayaq üstə durmalarına icazə verilib, yuxuya gedənlər isə əsgərlər tərəfindən döyülərək oyandırılıblar. Onlara gündə 3 dəfə yüngül yeməklərin verildiyi, lakin bunların çox az olduğu və Sde Teimaya girən və çıxan məhbusların orta hesabla 20 kiloqram çəki itirdiyi yazılıb.
Nərgiz,
Sitat.info