İsveçrə Federal Şurası Ukraynaya 60,52 milyon avro (58,7 milyon İsveçrə frankı) ayırmaq qərarına gəlib.
Sitat.info xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, maliyyə yardımı 4 il ərzində həyata keçiriləcək.
“2024-2028-ci illər ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Ukrayna üçün 58,7 milyon İsveçrə frankı ayıracaq”, - məlumatda deyilir.
Vəsait, həmçinin Ukraynanın müharibədən zərər çəkmiş bölgələrinin, gələcəkdə yenidən qurulması üçün vacib olan regionlarındakı layihələrə də ayrılacaq.
İsveçrə 11-12 iyun tarixlərində Berlində keçiriləcək Ukraynanın Yenidənqurulması Konfransında yardımı rəsmi şəkildə elan edəcək.