Altı siyasətçinin İran prezidenti üçün mübarizə aparmasına icazə verilib.
Sitat.info xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının sədri Möhsün Eslami bildirib.
Eslaminin sözlərinə görə, bunlar parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zakani, Ali rəhbərin İran Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlali, deputat Məsud Pezeşkiyan, İranın keçmiş prokuroru Mustafa Purməhəmmədi və vitse-prezident Qazizadə Həşimidir.
Qeyd edək ki, namizədlərin qeydiyyatı mayın 30-da başlayıb iyunun 3-də bitib. Seçki iyunun 28-də keçiriləcək.
Türkan
Sitat.info