İsrail Hizbullahın hərbi obyektlərinə zərbələr endirib

00:31 10 İyun 2024

İsrail Livandakı Hizbullah hərbi obyektlərinə hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri qırıcılarla Hizbullahın hərbi strukturuna zərbələr endirib. Eyni zamanda, Aytarun və Markaba bölgələrinə edilən hücumlarda əlavə iki hərbi struktura, həmçinin terrorçulara zərbələr endirilib", - məlumatda deyilir.

Qeyd olunub ki, hücuma səbəb terror qruplaşmasının İsrail qırıcılarına zenit raketləri atması olub.

Türkan

Sitat.info



Xəbər xətti