Konqo Demokratik Respublikasının şərqində üsyançı qrupun mülki şəxslərə qarşı hücumu nəticəsində azı 50 mülki şəxs həyatını itirib.
Sitat.info xəbər verir ki, Milli mətbuatda yer alan xəbərlərə görə, Demokratik Alyans Qüvvələri (ADF) üsyançı qruplaşmasının üzvləri ölkənin şərqindəki Şimali Kivu əyalətinin Beni bölgəsində dinc sakinlərə qarşı silahlı hücum həyata keçirib.
Çox sayda evin talan edilərək yandırıldığı hücumda ən azı 50 mülki vətəndaş həyatını itirib. Hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə əməliyyata başlayıb.
Kənan Yusif
Sitat.info