Fransa prezidenti Makron Avropa parlamenti seçkilərində istədiyi nəticəni əldə edə bilməyən Fransa Milli Assambleyasını buraxmaq qərarına gəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Makron bu barədə mətbuat konfransına müsahibəsində deyib.
İfrat sağın yüksəlişini Avropa üçün təhlükə kimi xarakterizə edən Makron bunun ciddi və ağır bir qərar olduğunu bildirib.
"Millətçilərin yüksəlişi millətimiz, Avropamız və Fransanın dünya səhnəsindəki yeri üçün təhlükədir. Lakin bunu qəbul etmək demokratiyaya inam əlamətidir", - deyə Makron qeyd edib.
Qeyd edək ki, Avropa Parlamenti seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, Jordan Bardellanın rəhbərlik etdiyi ifrat sağçı "Rassemblement National" (Milli yığma) partiyası yüzdə 33 səslə birinci yerdə, Valeri Hayerin təmsil etdiyi Makronun partiyası "Renaissance" (İntibah) 15 faiz səslə ikinci, Rafael Qluksmanın Sosialist Partiyası 14 faizlə üçüncü yerdədir.
Türkan
Sitat.info