Qəzzada ölənlərin sayı 37 mini keçib

01:39 10 İyun 2024

İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 37 min 84-ə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusu son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 8 qırğın törədib və bu hücumlarda ümumilikdə 283 fələstinli həyatını itirib, 698-i isə yaralanıb.

Bununla da, oktyabrın 7-dən etibarən ölənlərin sayının 37 min 84-ə, yaralıların sayının isə 84 min 494-ə yüksəlib.

Bundan başqa, dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının eləcə də mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Türkan

Sitat.info



Xəbər xətti