Türkiyədə zəlzələ baş verib

13:25 10 İyun 2024

Türkiyənin Manisa vilayətində yenidən zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Akhisar rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.



Xəbər xətti